İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə “İnvestel Group” MMC-nin Qazax rayonunun II Şıxlı kəndində yerləşən aqroparkına media nümayəndələrinin tanışlıq səfəri təşkil edilib.
Torpağın varsa işə başla: 1 hektar bağ salmaq neçə başa gəlir? – HESABLAMA, MƏBLƏĞLƏR
İZİA-dan FED.az-a bildirilib ki, “İnvestel Group” MMC Qazax və Abşeron rayonlarında ümumilikdə 1041 hektar təsərrüfat sahəsinə malikdir və əkinçilik, bağçılıq, çeşidləmə, qablaşdırma, logistika sahələri üzrə ixtisaslaşıb.
İstifadə olunmayan torpaqları əkib - Hektardan 65 Sentner Taxıl Götürüb - FOTO
Qazax rayonunda yerləşən aqroparkın ümumi əkinə yararlı 1030 hektar sahəsində kartof, buğda və arpa əkilib. Aqroparkın Abşeron rayonunda yerləşən təsərrüfatında isə 7,5 hektar intensiv badam bağı salınıb.
Ötən il aqroparkda 14 min 276 ton kartof, 1580 ton buğda və 485 ton arpa, cari ilin 6 ayında isə 2152 ton buğda, 581 ton arpa istehsal edilib.
Avropada oturublar, dünyanın hər yerində torpaqları var - 2,7 MİLYON HEKTAR
Bu il aqroparkın 337 hektarında əmtəəlik kartof əkilib və hazırda kartof yığımı davam edir. Əkin sahələrində orta məhsuldarlıq 45-55 tondur.
“Qazax Aqropark”da gündəlik 250 ton kartofun təmizlənməsi, çeşidlənməsi və qablaşdırılması xətti, tutumu 7800 kubmetr, Abşeronda isə tutumu 14 min 889 kubmetr olan 2 soyuducu anbar kompleksi fəaliyyət göstərir.
2 min hektarlıq təsərrüfat: Hər hektardan 6,5-7 ton buğda, 14-16 ton qarğıdalı götürür
İndiyədək 22,6 milyon manat investisiya yatırılmış “İnvestel Group” MMC-də 200 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin edilib.