30 iyun 2025-ci il saat 16.00-da “Səba” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 60 nömrəli ünvanda baş tutacaq.
Ümumi yığıncağın gündəliyi:
1. “Səba” ASC-nin 2024-cü il üçün illik maliyyə hesabatlarının müzakirəsi və təsdiqi.
2. “Səba” ASC-nin təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin nizamnamə kapitalındakı payların və “Səba” ASC-nin təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin nizamnamə kapitalındakı payların satılması, həmin hüquqi şəxslər olan cəmiyyətlərin əmlaklarının (əsas vəsaitlərinin və digər aktivlərinin) satılması haqqında.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 gün qalmış gündəliyin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər barədə müvafiq sənədlərlə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 60 nömrəli ünvanda tanış olmaq hüququna malikdirlər.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətləri barədə etibarnamə təqdim etməlidirlər.
Əlaqə telefonu – (+994 50) 201 20 15 – direktor (+994 55) 215 08 60 – Hüquqşünas
Ünvan – Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 60.