“13” iyun 2025-ci il tarixdə saat 11:00-da, “Yardımlı-Məişət” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, Yardımlı şəhəri, H.Əliyev küçəsi, 19 ünvanında baş tutacaq.
Səhmdarların növbədənkənar ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcəkdir:
1. “Yardımlı-Məişət” ASC-nin (VÖEN 5600041991) adı, təşkilatı-hüquqi forması və hüquqi ünvanı üzrə olan dəyişikliklərlə əlaqədar nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.
2. Yardımlı-Məişət” ASC-nin sədrinin seçilməsi.
3. Səlahiyyətli şəxsin təyin olunması.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış olmaq olar.
Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsiyyətini təsdiq edən sənədlə bilavasitə özünüzün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəsi vasitəsilə iştirakı xahiş olunur.