Polşanın baş naziri Mateuş Moravski Avropa Birliyinin Rusiya neftinin başqa, 3-cü ölkələrə də satılmasını qadağan etmək barədə planlarını açıqlayıb.
Avropa Rusiya neftinə qarşı embarqo qoydu – NEFT BAHALAŞDI
Onun sözlərinə görə, artıq Avropa Birliyinin bununla bağlı planları var:
«Polşa və artıq getdikcə daha çox ölkələr təkrar sanksiyalar barədə danışırlar. Bu elə bir mexanizmdir ki, neftin təkcə Avropa ölkələrinə deyil, ümumiyyətlə, birlikdən kənar ölkələrə də satışına qadağa qoyur». Bir qədər əvvəl Fransa prezidenti Makron bildirib ki, Avropa İttifaqı 2022-ci ilin sounna kimi, Rusiya neftinin idxanını 92% azaldacaq.