"STP Global Cable" MMC 2023-cü ilin yanvar-iyul ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 6-cı yeri tutub.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir .
Belə ki, "STP Global Cable" MMC" 2023-cü ilin 7 ayı ərzində 28 milyon dollarlıq mal ixrac edib. Şirkətin ixracının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 25,6 milyon dollar və ya 11,6 dəfə artıb..
Şirkət, 2022-ci ilin 7 ayında 2,4 milyon dollarlıq ixraca nail olmuşdu.