Azərbaycanın aparıcı baklarından olan «TuranBank»ın problemli kreditlərinin həcmi 2020-ci ilin 1-ci rübün sonunda cəmi 3,5% təşkil edib.
Eləcə də bax: Azərbaycanda bankın vaxtı keçmiş kreditləri - 60%-İ KEÇİB – HESABAT
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin ilk rübündə bankın kredit portfeli 339 milyon 735 min manat olub.
Bank ən çox krediti Abşeron regionuna verib. Abşeron regionu üzrə verilən kreditlərin sayı ümumi kreditlərin 84,9%-ni (293 milyon 561 min manat) təşkil edir.
Digər regionlar üzrə ən çox kredit verilən regionlar sıra ilə Gəncə-Qazaxda 9,4% (32 milyon 426 min manat), Aranda 2,8% (9 milyon 559 min), Lənkəranda 1% (3 milyon 626 manat), Quba-Xaçmazda 0,9% (3 milyon 260 min), Yuxarı Qarabağda 0,1% (462 min manat) və Dağlıq Şirvanda 0,1% (317 min manat) olub.
«TuranBank»ın kredit portfelinin böyük hissəsi – 69%-i biznesə və iqtisadiyyata ayrılıb.
İstehlak kreditlərinə ayrılan vəsaitlər 106 milyon 715 min manat və ya kredit portfelinin 31%-ni təşkil edir.
Bank ticarət və xidmət sektoruna 98 milyon 367 min manat (ümumi kredit portfelinin 28%-i), tikintiyə 55 milyon 636 min manat (16%), kənt təsərrüfatına 48 milyon 420 min (14%), istehsala 32 milyon 932 min manat (üzrə 10%), nəqliyyata 2 milyon 369 min manat (0,7%) və digər sektorlara 1 milyon 133 min manat (0,3%) ayırıb.
«TuranBank»ın bu ilin 1-ci rübündə vaxtı keçmiş kreditlərinin ümumi məbləi 11 milyon 978 min manat olub ki, bu da ümumi kredit portfelinin 3,5%-i deməkdir.
Vaxtı keçmiş kreditlərin əsas hissəsi ticarət və xidmət, kənd təsərrüfatı və istehsal sahələrinin payına düşür.