Azərbaycanın aparıcı banklarından olan «Günay Bank»ın kredit portfelində ciddi problemlər yaranıb.
FED.az bankın istirahət günü açıqlanan 2020-ci ilin 1-ci rübünün nəticələri üzrə hesabatına istinadən xəbər verir ki, bankın kreditlərinin 60%-dən böyük hiissəsinin ödəniş vaxtı keçib.
Eləcə də bax: «Günay Bank»ın vəziyyəti məlum oldu – BANK HESABATI
Hesabata əsasən, 2020-ci ilin ilk rübündə «Günay Bank»ın kredit portfeli 30,3 milyon manat və ya 20% artaraq 181 milyon 854 min manata çatıb. Bunun 6,7 milyon manatı banklara və digər maliyyə institutlarına (böyük ehtimalla BOKT-lara – FED.az) verilən kreditlərdir. 175,1 milyon manat isə iqtisadiyyatın ayrı-ayrı sahələrinə ayrılıb.
Kreditlərin böyük hissəsi – 117 milyon manatı biznes təyinatlıdır, daha 56 milyon manat daşınmaz əmlaka, 2,2 milyon manat isə istehlaka verilən kreditlərdir. Amma kredit poortfelindəki rəqəmlərin artımına baxmayaraq, portfelin keyfiyyəti yaxşı deyil.
Belə ki, 1-ci rübün sonunda 181,8 milyon manat ümumi kreditdən 111,4 milyon manatı poblemlidir – kreditlərin 61,3%-nin ödəniş vaxtı keçib. «Günay Bank»ın hesabatlarından görünür ki, kredit portfelindəki gecikmələr özünü ötən ilin ikinci yarısında göstərməyə başlayıb.
Cəmi 9 ay əvvəl hər şey əla idi – bankın ümumi kredit portfeli 157,8 milyon manat, prrblemili kreditləri cəmi 10,1 milyon manat təşkil edirdi. Yəni kredit portfelinin cəmi 6,4%-i. həmin vaxt «Günay Bank» kredit pooteilinin təmizliyinə görə, ilk sıralarda idi.
Bankın kreditlərinin qaytarılması ilə bağlı problemlər iyul-avqust aylarında başlayıb və getdikcə güclənib. Əvvəlcə biznes seektoruna verilən 50 milyon manatlıq kreditin ödəmə vaxtı sürətlə keçməyə başlayıb.
Cəmi 3 ay sonra – 2029-cu ilin sentyabrında «Günay Bank»ın ümumi kredit portfeli 161,7 milyon manata, vaxtı keçmiş kreditlərinin həcmi isə 7 dəfədən çox artaraq 74 milyon manata, onların kredit portfelindəki payı isə 45,7%-ə yüksəlib. Kreditlərin 50,5 milyon manatının ödənişi artıq 7 ay idi ki, gecikirdi.
İlin sonunda bankın kredit portfelində olduqca xoşagəlməz vəziyyət yarandı – ötən 3 ayda bankın kreditləri cəmi 4,2 milyon manat artaraq 165,9 milyon manata çatmışdı. Əvəzində vaxtı keçmiş kreditlər daha sürətlə artaraq 106,4 milyon manatı keçdi, belə kreditləri ümumi kredit portfelində payı 64%-i keçdi.
Maraqlıdır ki, bu dövrdə «Günay Bank» biznes krediti verməyi demək olar ki, dayandırıb, kreditlər əsasən daşınmaz əmlak alışına – ipotekaya verilir, artım da bu sahənin hesabına baş verib.
Problemlər 2020-ci ildə də davam edir. Yuxarıda göstərildiyi kimi, bankın bu il açıqladığı ilk hesabata əsasən, problemli kreditlər bir qədər də artıb, 111,4 milyon manatı və ya portfelin 61%-ni keçib. Bunun 72,5 milyon manatlıq hissənin ödəniş vaxtı 8 ay və daha uzun müddət keçib.