Bu ilini dekabrın birinə Azərbaycanda bank müştərilərinin sayı 14 milyon 654 min nəfər olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Müştərilərin 14 milyon 513 min nəfəri fiziki, 712,1 min nəfəri sahibkarlıqla məşğul olanlar 140,7 min nəfəri isə hüquqi şəxslərdir.
Bank müştərilərinin ümumi sayı son bir ayda 156,6 min nəfərə yaxın, fiziki şəxslərin sayı 154,5 min nəfər, sahibkarlıqla məşğul olanların sayı 13,3 min nəfər artıb, hüquqi şəxslərin sayı 2,1 min nəfərə yaxın artıb.
İllik müqayisədə isə ümumi müştərilərin sayı 1 milyon 119 min nəfər (8,3%), fiziki şəxslər 1 milyon 118 min nəfər (8,3%), sahibkarlıqla məşğul olan şəxslər isə 75,4 min nəfər (11,8%), hüquqi şəxslərin sayı 512 nəfər (0,4%) artıb.