2023-cü ildə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 432,3 millyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Gəlirlər aylıq müqayisədə 36,4 milyon manat (9,2%), illik müqayisədə 157,2 milyon manat (57,1%) artıb.
Belə ki, ötən ilin yanvar-noyabr aylarında bankların kreditlərdən əldə etdikləri faiz gəlirləri 395,9 millyon manat, 2022-ci ilin sonunda 275,1 milyon manat təşkil edib.