2023-cü ilin yanvar-oktyabr aylarında "Azərbaycan Hava Yolları" QSC 17,3 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən "Azərbaycan Hava Yolları" QSC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 7-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,3 milyon dollar və ya 2,5 dəfə çoxdur.
Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayı ərzində "Azərbaycan Hava Yolları" QSC 7 milyon dollar dəyərində məhsul ixrac edib.