Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təmir işləri ilə növbəti yekun vurub.
FED.az xəbər verir ki, qalib “VK Group N1” MMC (VÖEN: 2005589621) olub.
Şirkətlə 2 milyon 628 min 975 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə respublika üzrə bir sıra təhsil müəssisələrində təmir işlərinin satınalınması nəzərdə tutulur.