Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təmir və kommunal-kommunikasiya işləri ilə növbəti yekun vurub.
FED.az xəbər verir ki, qalib “S.H. İnşaat Xidməti” MMC (VÖEN: 1302481541) olub.
Şirkətlə 5 milyon 681 min 669 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə respublika üzrə bir sıra təhsil müəssisələrinin təmir və kommunal-kommunikasiya işlərinin satınalınması nəzərdə tutulur.