Dövlət İmtahan Mərkəzi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda A (Premium) kateqoriyasına aid printer kağızlarının satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1304673921
Satınalan təşkilatın ünvanı : AZ1138, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi 299
Müsabiqənin başlama tarixi və vaxtı: 25.10.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 16.11.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 24.11.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 27.11.2023 12:00
Ödəniş şərtləri : Ödəniş mallar təhvil verildikdən sonra müvafiq maliyyə sənədləri əsasında 15 bank günü ərzində
Çatdırılma yeri : Bakı şəh, Ak.Həsən Əliyev küç 299
Çatdırılma müddəti : 40 bank günü
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – İlham Əliyev, Sektor müdiri
Email: [email protected]
Əlaqə telefonu: 310 53 16 (1704)