Dövlət İmtahan Mərkəzi audit xidməti ilə bağlı kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, kotirovkanın qalibi Grovv Audit And Consulting" MMC-dir.
Qalib şirkətə 17 699 manat ödəniləcək.
Qeyd edək ki, sorğuda 2022-ci il üzrə təsərrüfat fəaliyyətinin, konsolidə olunmuş maliyyə hesabatlarının və vergi auditinin keçirilməsi üçün kənar audit xidmətinin satın alınması nəzərdə tutulur.