2026-cı ilin yanvar-fevral ayları üzrə “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin birja əməliyyatlarının nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin birja dövriyyəsi 1 milyard 611 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 984,3 milyon manat və ya (2,6 dəfə) artıb.
Bu dövrdə QSC-nin repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 521 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi 21,9 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi 10,9 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 56,7 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 203 min manat olub.
Hesabat dövründə şirkətin dövriyyə artımının əsas drayverləri repo və korporativ istiqrazlar bazarları olub. Repo əməliyyatlarının həcmi 968 milyon manat və ya (2,7 dəfə), korporativ istiqrazlar üzrə dövriyyə 21,7 milyon manat (85 dəfə), ARMB qiymətli kağızları üzrə dövriyyə isə 9,2 milyon manat (6,2 dəfə) artıb. Səhm əməliyyatları da 201 min manat artaraq 120 dəfəlik yüksəliş nümayiş etdirib. Lakin dövlət istiqrazları bazarında dövriyyə 14,7 milyon manat (-20,6%) azalıb.
Hesabat dövrünün nəticələrinə görə, «CPM-İnvest»in əməliyyatlarının sayı 111 ədəd (19,1%) artaraq 692-yə bərabər olub.












