2026-cı ilin yanvar-fevral ayları üzrə “Unicapital İnvestisiya Şirkəti” ASC-nin birja əməliyyatlarının nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin birja dövriyyəsi 974,7 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 540,3 milyon manat və ya (2,2 dəfə) artıb.
Bu dövrdə ASC-nin repo əməliyyatları üzrə dövriyyəsi 893,5 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi 55,2 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi 25,7 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 292 min manat olub. Şirkət bu dövrdə dövlət istiqrazları ilə əməliyyat aparmayıb.
Hesabat dövründə şirkətin dövriyyə artımının əsas drayverləri repo və ARMB qiymətli kağızları bazarları olub. Repo əməliyyatlarının həcmi 707,6 milyon manat və ya (4,8 dəfə), ARMB qiymətli kağızları üzrə dövriyyə isə 23,1 milyon manat və ya (10 dəfə) yüksəlib.
Şirkət ötən il 33 milyon manatlıq dövriyyə etdiyi dövlət istiqrazları bazarını tamamilə tərk edib.
Hesabat dövrünün nəticələrinə görə, «Unicapital»ın əməliyyatlarının sayı 733-ə bərabər olub.












