2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 2,4 min kv xalça və xalça məmulatları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xalça və xalça məmulatlarının istehsalı 0,4 min kv. və ya 14,3% azalıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 2,8 min kv. təşkil edib.
01.09.2023-cü il tarixinədək hazır məhsul ehtiyatı 5,2 min kv ədəd olub.
Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 0,8 min kv. və ya 18,2% çoxdur.
01.09.2022-ci il tarixinədək hazır məhsul ehtiyatı 4,4 min kv. olub.