2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 22 513,8 min ton dəyərində əmtəəlik xam neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə əmtəəlik xam neft istehsalı 1910,6 min ton və ya 7,8% azalıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 24 424,4 min ton təşkil edib.
01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 204,1 min ton təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 67 min ton və ya 24,3% azdır.
01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 271,1 min ton təşkil edib.