2025-ci ilin iyunun 1-nə Azərbaycan banklarının əməliyyat mənfəəti (ehtiyat ayırmadan əvvəl) 708.2 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü (732.6 milyon manat) ilə müqayisədə 24.4 milyon manat və ya 3.3% az olsa da, aylıq dinamikada ciddi artım göstərir. Belə ki, əməliyyat mənfəəti aprel ayının yekunu (564.4 milyon manat) ilə müqayisədə 143.8 milyon manat və ya 25.5% artıb.