ABŞ hökuməti Rusiyaya dollar satışını və ya hər hansı yolla dollar əskinasları göndərilməsin qadağan edib.
FED.az xəbər verir ki, bunu prezident Bayden elan edib.
Rusiyaya yeni sanksiyalar – araq, ikra, almaz qadağan edilir, bank sədrləri bloklanır – YENİLƏNİR
«Aşağıdakılar qadağan edilir: ABŞ vətəndaşları, fiziki və hüquqi şəxsləri tərəfindən - onların harada olmasından asılı olmayaraq – Rusiya hökumətinə və Rusiyada olan istənilən şəxsə dollar satmaq, göndərmək, ixrac etmək.
Qeyd edək ki, bu gün Bayden Rusiyadan araq, ikra və almazların idxalı qadağan edilib.
«Bu fərman bundan sonra da Rusiya iqtisadiyyatının bütün istənilən sektoruna investisiya məhdudiyyəti qoymaq üçün hüquqi əsas yaradır»-deyə fərmanda deyilir.
Bir neçə gün əvvəl isə ABŞ Rusiyadan neft-qaz alışına qadağa qoyub.