ABŞ prezidenti Co Bayden Ukraynanın işğal edən Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb.
***
Prezident Bayden elan edib ki, G7 Ölkələri Rusiyanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan kredit almasına mane olacaqlar. «Böyük Yeddilik» ölkələri həm də rus oliqarxlarının əmlaklarının müsadirə edilməsi tədbirlərini daha da sərtləşdirəcəklər.
***
FED.az xəbər verir ki, ABŞ Rusiyanın bank rəhbərləri və deputatları – Dumanın üzvlərinə qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib.
Bundan başqa, ABŞ Rusiya ilə «normal ticarət münasibətlərinin» bitdiyini açıqlayıb. Prezident elan edib ki, Rusiyanın idxalına tarifləri artıracaq.
ABŞ Rusiyadan alkoqol və dəniz məhsullarının idxalını qadağan edir – söhbət araq və ikradan gedir.
Prezident Baydenin sözlərinə görə, Rusiyadan almaz alışı da qadağa olunacaq. Eyni zamanda Rusiyaya avtomobil, geyim və zinət əşyalarının ixracı qadağan ediləcək.