"Yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) dövriyyəsi 1,295 mlrd. manata yaxın təşkil edilib"
Eləcə də bax: "Gələn il kassa-nəzarət aparatları bütün ticarət şəbəkələrini - ƏHATƏ EDƏCƏK"
FED.az "report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Vergilər nazirinin müavini İlkin Vəliyev "Vergi islahatları: birlikdə kölgədən işığa doğru" mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, ölkədə yeni nəsil kassa aparatlarının tətbiqi ötən ildən başlayıb: "Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq, bu kassa aparatlarının tətbiqi dörd mərhələdən ibarətdir. 2019-cu ildə onların tətbiqi ilə bağlı birinci və ikinci mərhələləri tam olaraq icra edilib, 91% göstərici qeydə alınıb. Üçüncü mərhələ isə cari ildə icra ediləcək".
O əlavə edib ki, 9100 yeni nəsil kassa aparatı quraşdırılıb: "Bu aparatlar vasitəsilə bu günə qədər 105 mln. çek çap edilib, dovriyyə isə 1,295 mlrd. manata yaxın olub".