Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydası hazırlanacaq.
Azərbaycandan dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən azad edilir
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabinetinə dörd ay müddətində xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydasını hazırlamaq tapşırılıb.