Hüquqi şəxsin kənd təsərrüfatı fəaliyyətindən əldə etdiyi gəliri mənfəət vergisindən azaddır. Bu azadolma hüquqi şəxslərin xaricdə kənd təsərrüfatı fəaliyyətindən əldə etdiyi gəlirlərə də tətbiq olunurmu?
Azərbaycanda kənd təsərrüfatı sektoru üçün vergi güzəştləri - 2027-Cİ İLƏDƏK UZADILACAQ
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü il yanvarın 1-dək, gəlir vergisindən isə müddətsiz azad edilib.
Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan şəxslərə vergi qanunvericiliyində nəzərdə tutulmuş vergi azadolmalarının tətbiqinin mahiyyəti ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı, özünüməşğulluğun təmin edilməsi, həmin sahənin məhsullarına olan tələbatın daxili istehsal hesabına təmin edilməsi, idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyi baxımından aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsidir. Bununla yanaşı, həmin şəxslər müvafiq azadolmadan yararlanmaq üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər (həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin və bu prosesdə istifadə olunan əmlakların müvafiq sənədləri), habelə kənd təsərrüfatı məhsullarının ailə kəndli təsərrüfatında istehsal edildiyini, bələdiyyə orqanı tərəfindən uçota götürüldüyünü təsdiq edən vəsiqənin surəti əlavə olunmalıdır.
Qeyd edilənlərə əsasən, yuxarıda göstərilən halda, Azərbaycan hüdudlarından kənarda kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərə münasibətdə Vergi Məcəlləsinin 102.1.11-ci və 106.1.14-cü maddələrində nəzərdə tutulmuş azadolmalar tətbiq edilmir.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 102-ci, 106-cı, 199-cu, 207-ci və 218-1-ci maddələri