Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin bir qrupu təltif edilib.
Eləcə də bax: Dövlət Vergi Xidmətinin işçiləri - TƏLTİF EDİLDİ - SƏRƏNCAM - ADLAR
FED.az xəbər verir ki, təltif olunanlar arasında nazirliyin mühasibətlıq və biznes dairələrində yüksək peşəkarlığı ilə tanınan əməkdaşları da var.
Bunlar Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov və Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Nicat İmanovdur.
N.Şirinov «Tərəqqi» medalı ilə, N.İmanov isə «Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.
Hər iki mütəxəssis Vergi xidmətinin fəaliyyəti, tətbiq edilən inzibatçılıq tədbirləri, eləcə də Vergi Məcəlləsinə dəyişikliklərin ölkə ictimaiyyətinə, mühasibat-audit və biznes cəmiyyətinə izah olunması ilə bağlı böyük işlər aparır və nazirliyin bir sıra əməkdaşları ilə yanaşı, vergi maarifləndirilməsi prosesinin aparıcı üzvlərindən sayılırlar.