Azərbaycanda biznesin koronavirusdan çəkdiyi zərəri kompensasiya etmək və iş adamlarına dəstək verilməsi üçün yeni tədbirlər hazırlanır.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, hazırda əsas prioritet ölkənin iqtisadi dayanıqlığının təmin edilməsidir. Bu məqsədlə yaradılan işçi qrup müddətli vergi güzəştləri və tətillərinin verilməsini, sahibkarların kreditləşməsi şərtləin yumşaldılmasını nəzərdən keçirir.
Nazir bildirib ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankı, Banklar Assosiasiyası və digər qurumlarla müzakirələr aparılır. Müzakirələr başa çatandan sonra qanunvericiliyə, o cümlədən Vergilər Məcəlləsinə dəyişiklik ediləcək:
«İnanırıq ki, bu tədbirlər müəyyən olunan kimi, qanunvericilikdə, o cümlədən Vergi Məcəlləsində lazım olan dəyişikliklərin edilməsi təmin ediləcək».