Məşhur "Taksim Kebap" restoranının filiallarından birinin rəhbəri Həqiqət Mamedovanın ölkədən çıxışına qadağa qoyulub.
Vergi Məcəlləsində dəyişikliklər ilə bağlı flayerlər hazırlanıb və internetdə yerləşdirilib
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsində Dövlət Vergi Xidməti tərəfindən Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. Hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən iclasda iddia təmin edilib.
H.Mamedovanın “Montana-H” MMC-nin rəhbəri kimi vergi borcunu ödəməkdən yayındığı bildirilir.
Qeyd edək ki, “Taksim Kebap” Bakıda bir neçə filialı olan məşhur restoranlar şəbəkəsidir. H.Mamedova isə daha əvvəl mediada şəbəkənin Binəqədi rayonunda yerləşən filialının rəhbəri kimi təqdim edilib.