Vergi orqanı tərəfindən MMC-yə hesablanmış 1.000 manat məbləğində vergi borcunun 105 faizi həcmində vəsaitin cəmiyyətin bank hesabında dondurulması haqqında sərəncam göndərilib. Cəmiyyət vergi orqanının hesablaması ilə razılaşaraq vergi borcunun ödənilməsi üçün bank hesabında olan məbləğin dövlət büdcəsinə alınmasını istəyir. Bunun üçün dondurulmalı sərəncamın icrası üçün banka ödəniş tapşırığı təqdim edilə bilərmi?
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 (yüz beş) faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam olduqda, vergi ödəyicisi dondurulmuş pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi ilə bağlı kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslərə ödəniş tapşırığı təqdim edə bilər və həmin şəxslər vergi ödəyicisinin ödəniş tapşırığında göstərilən məbləğdə pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini təmin edirlər.
Əsas: Vergi Məcəlləsinin 65.8-1-ci maddəsi