Roma Papası Fransisk varlıları və Valyuta Fondunu kasıblara pul ayırmağa çağırıb.
Eləcə də bax: Bloomberg ən zəngin insanlardan - 5 TRLN. DOLLAR VERGİ TOPLAMAĞI TƏKLİF EDİR
FED.az xəbər verir ki, Roma Papası Fransisk Vatikanda qlobal iqtisadiyyata həsr olunan konfransda Beynəlxalq Valyuta Fondunu və varlılar üçün vergi güzəşti verən ölkələri tənqid edib.
Konfrans dünyanın əksər ölkələrində mövcud olan bərabərsizlik və yüksək borcluluq proqramına həsr olunub. Tədbirdə Valyuta Fondunun idarəçi direktoru Kristalina Georqiyeva, Fransa və Argentinanın maliyyə nazirləri, eləcə də iqtisadiyyat üzrə Nobel mükafatı sahibi Jozef Stiqlis iştirak edib.
Maraqlıdır ki, Papanın bu konfransda iştirakı əvvəlcə nəzərdə tutulmamışdı və siyasi şərhsilər onun qəflətən buraya gəlməsini «siyasi pusqu» adlandırıblar.
Papa bildirib ki, böyük borcları olan inkişaf etməkdə olan ölkələr insanların əziyyətlərini azaltmaq üçün köməyə ehtiyac duyurlar: «Dünya getdikcə varlansa da, kasıb insanların sayı artmaqdadır».
«Siz kasıb ölkələrə kömək etmək öhdəliyinizi unutmamalısınız»-deyə Fransisk, iştirakçılara, ilk növbədə BVF sədrinə müraciət edib. Məsələ ondadır ki, hazırda Valyuta Fondu və böhran içində olan Argentina hökuməti arasında danışıqlar gedir. Danışıqlarda Argentinanın fonda olan borcunun müddətini uzatmaq müzakirə edilir.
Yeri gəlmişkən, Fransisk, Argentina ilə bağlı şəxsdir – Papa seçilənədək Argentinanın paytaxtı Buenos-Ayresin arxiepiskopu olub.
Roma Papası öz çıxışında planetin vardı adamlarını da tənqid edib və bildirib ki, onlar əslində istəsələr dünyadakı bütün kasıb uşaqların təhsili və sağlamlığının xərcini çəkə bilərlər.
Papa varlıların vergi güzəştlərindən istifadə etməsini günah adlandırıb. O bildirib ki, hər il yüz milyonlarla dollar vəsait, hansı ki, vergi kimi yığılıb təhsilə və səhiyyəyə yönəldilə bilərdi, bunun əvəzinə ofşorlardakı hesablara toplanır.