“2018-ci ildə spirtli içki istehsalçıları istehsal həcmini və aksiz ödəniş artımını gizlədiblər”.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. O deyib ki, 2019-cu ildə alkoqollu içki sahəsində rəsmi qeydiyyata alınan istehsal 39 faiz təşkil edib, aksiz ödənişdə isə 1,9 dəfə artım olub:
“Tütün məmulatları sahəsində isə aksiz ödənişlər təxminən 15 dəfə artıb. Bir il ərzində əhalinin spirtli içki və tütün istehlakı bu qədər fərqlə artmayıb. Bu o deməkdir ki, 2018-ci ildə rəqəmləri düzgün təqdim etməyiblər. Bunun nəticəsində isə vergidən yayınma halları baş verib”.