Turban Moda
İstehsalat Rəhbəri
Son tarix 25 fev 2024 - [email protected]
Əmək funksiyaları:
- Müəssisə trikotaj və geyim sahəsi üzrə fəaliyyət göstərərək istehsal və satış sahəsini özündə cəmləyir.İstehsal rəhbəri sadalanan funksiyaların idarə olunmasına məsuldur və Baş-direktora hesabat verir.
- Müəssisənin istehsal planının icra edilməsinin təmin edilməsi
- İstehsal edilən məhsulların keyfiyyətinə cari və son nəzarətin edilməsi
- Müvafiq müddət aralığına aid(həftəlik,aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabatlarını hazırlamaq
- Xammal anbar ehtiyatını nəzarətdə saxlamaq
- İstehsal prosesi və istehsal planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək,aradan qaldırılması üçün tədbirlər görmək,həll yolları təklif etmək
- Müəssisədə çalışan işçilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi
- İşçilər tərəfindən texnoloji,istehsal və əmək intizamına,əməyin mühafizəsi,təhlükəsizlik texnikası,istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına daim nəzarət edilməsi
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın,hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarəti təmin etmək
- Məhsulun keyfiyyətinin yüksəəldilməsi üzrə keyfiyyətin idarə edilməsi sisteminin,nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarını yaratmaq,məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərini hazırlamaq
- Yararsiz məhsul,onun yaranma səbəbləri və təqsirkarların uçotunu aparmaq
- Hazır məhsulun qablaşdırılmasına,yüklənməsinə,daşınmasına nəzarər etmək
- Keyfiyyətə Nəzarət Planını hazırlamaq,keyfiyyətə nəzarət proseşdurlarını tətbiq etmək,ümimi keyfiyyət sistemini yaratmaq,tətbiq və nəzarət etmək
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək
KPİ kriteriyaları:
- İstehsalat Effektivlik Rasionu və İstehsal Plan hədəfi-90%
- İstehsal Xərclərinin Effektivlik Rasionu-müzakirə edilib tətbiq olunacaq
- OTK-Say vs Defekt-5% az olmaqla
Kvalifikasiyaya olan tələblər:
- Ali təhsil
- Yaş həddi:30-50
- Kompyuter biliyi:MC Office (Word,Excel)SAP və ya digər ERP proqramları bilənlərə üstünlük verilir
- İstehsal sahəsində (trikotaj,geyim) 5 il və idarə edilməsində minimum 3 il təcrübə
- Dil biliyi:Azərbaycan -əla səviyyə,Rus,İngilis-orta səviyyə
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik,strateji və sistemli düşüncə
İş şəraitimiz:
- Əmək haqqı 2500 AZN+KPİ bonus
- İş qrafiki 08:30-17:30
- Mehriban komanda
- Perspektivli iş şəraiti
- Şirkətin digər benefitləri
Göstərilən kriteriyalara uyğun şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “İstehsal rəhbəri” qeyd etməklə göndərə bilərlər.