Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, fiziki şəxsə icarə haqqı vergiödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi 14 faiz dərəcə ilə icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.
Eləcə də bax: Obyektlərin icarə qiyməti - 6% BAHALAŞIB
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsin gəlirləri yalnız icarədəndirsə, belə halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır. Həmçinin icarə haqqını ödəyən şəxs vergiödəyicisi kimi uçotda olmadığı üçün icarəyə verən fiziki şəxs özü vergiödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergi ödəməlidir.