2023-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 1.938 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Naxçıvanda vergi daxilolmaları - 63,7% ARTIB
FED.az xəbər verir ki, bunların 87.6 faizi fiziki, 12.4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2.2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 30 dəfə artıb.
Cari ilin birinci rübündə kommersiya qurumlarının 52 faizi elektron qaydada, 48 faizi isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.