Bu ilin yanvar-iyun aylarında Naxçıvan MR-da “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 290,1 min manat, bu ilin iyun ayında isə 66,9 min manat ƏDV məbləği geri qaytarılıb.
Naxçıvanda vergi ödəyicilərinin sayı - 2,1 DƏFƏ ARTIB
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Yanvar ayı ilə müqayisədə iyun ayında qaytarılan məbləğ üzrə 3,2 dəfə artım olub.
Bu il iyulun 1-nə muxtar respublikada “ƏDV geri al” layihəsinin tətbiqini həyata keçirən obyektlərin sayı 87-yə çatıb.
Hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 %-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 %-i istehlakçılara geri qaytarılır.