Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında muxtar respublikada 980 yeni vergiödəyicisi qeydiyyata alınıb.
Naxçıvanda vergi daxilolmaları - 24% ARTIB
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,3 dəfə çox olub.
Fevral ayında kommersiya qurumlarının 61 faizi elektron qaydada, 39 faizi isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında uçota alınıb.