Naxçıvanda eyni ünvanda fəaliyyət göstərən iki şirkət ləğv olunur.
FED.az xəbər verir ki, ləğv olunan şirkətlər “Naxçıvan İnvestisiya Sənaye Qrupu” MMC və “Gəmiqaya Avtonəqliyyat” MMC-dir.
Kreditorlar iki ay ərzində tələblərini Naxçıvan rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 34, mənzil 2 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Naxçıvan İnvestisiya Sənaye Qrupu” MMC 27.12.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Elçin Həsənov Məmməd oğludur.
“Gəmiqaya Avtonəqliyyat” MMC 30.12.2022 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 210 050 manatdır.Qanuni təmsilçisi Vüqar Məmmədov Məmməd oğludur.
Hər iki şirkət Naxçıvan rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 34, mənzil 2 ünvanında yerləşir.