Ötən il Azərbaycan vətəndaşlarına ƏDV üzrə 33,4 min manat qaytarılıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında məlumat verib.
Nazir ƏDVgerial sistemin əhəmiyyətini qeyd edərək,bildirib ki, "İlin innovasiya layihəsi nominasiyası"nın qalibi seçilmiş ƏDVgerial həm vətəndaşlar, həm də biznes ictimaiyyəti tərəfindən 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilir". Onun sözlərinə görə, ötən il layihə çərçivəsində vətəndaşlara 33.4 mln. manat vəsait qaytarılıb.