Məcburi köçkün statusu olan şəxsdən vergi tutularkən hansı güzəştlər olmalıdır?
Fiziki şəxsə icarə haqqını ödəyən şəxsin - HANSI VERGİ ÖHDƏLİYİ YARANIR?
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergiödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur.
Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bununla yanaşı, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilib.
Eyni zamanda, muzdlu işdən əldə edilən aylıq gəlir 2500 manatadək olduqda 300 manat (200 + 100) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.