Azərbaycanda Vergilər Nazirliyi əmək müqavilələrinə və maaşlara nəzarəti artırıb.
FED.az xəbər verir ki, nazirlik iş adamlarına və şirkətlərə müraciət edərək, onları işçilərlə əmək münasibətlərini düzgün rəsmiləşdirməyə, eləcə də, əmək haqlarını düzgün göstərməyə çağırıb. Əks halda həmin şirkətlərə qarşı ciddi tədbirlər görüləcək.