Fiziki şəxsdən icarəyə götürülmüş obyektin kommunal ödənişlərini obyekt sahibinin özü ödəyirsə və hesablaşma zamanı kommunal ödənişi icarəçidən (hüquqi şəxsdən) alırsa, hüquqi şəxs həmin ödənişi gəlirdən çıxılan xərcə sala bilərmi?
Vergi ödəyicisi fəaliyyətini - NECƏ DAYANDIRA BİLƏR?
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, icarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin hüquqi şəxs (icarəçi) tərəfindən fiziki şəxsə (icarəyə verən) və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.
Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.