Xəbər verildiyi kimi, 2023-cü ildən etibarən Azərbaycanda Əlavə Dəyər Vergisinin geri alınması ilə bağlı qaydalar dəyişir.
Eləcə də bax: Əhaliyə qaytarılan ƏDV-nin həcmi - ARTIRILACAQ
FED.az xəbər veriri ki, Vergi Məcəlləsinə ediləcək dəyişiklik layihəsinə əsasən 2023-cü ildən nağdsız ödənişlər üzrə ƏDV-nin istehlakçıya geri qaytarılan hissəsi indiki 15%-dən 17,5%-ə qaldırılır.
Eləcə də bax: Bakıdakı «Shopping festival»da endirim edən mağazalar –ENDİRİM FAİZLƏRİ, SİYAHI
Nağd ödənişlərdə isə istehlakçılara qaytarılan 10%-lik ƏDV hissəsi isə 2 dəfə azaldılır və 5%-ə endirilir.
İqtisadiyyat nazirliyindəki layihə müəllifləri bu dəyişiklik vasitəsilə vətəndaşların alış etdikləri zaman daha çox nağdsız ödənişlərə üstünlük verməsi stimullaşdırılır.
Vergi məsələləri üzrə ekspert Anar Bayramov dəyişikliklərdən sonra ƏDV-nin geri qaytarılması ilə bağlı vəziyyəti misallarla izah edir.
Əgər müştəri ƏDV daxil 1000 AZN məbləğində mal alırsa və bu malın ödənişini nağdsız qaydada ödəyirsə, o zaman "ƏDV geri al" layihəsi çərçivəsində hal-hazırda 22.88 AZN ƏDV geri alırsa, qanun qüvvəyə minərsə 2023-cü ildən 26.70 AZN ƏDV geri ala biləcək. Başqa sözlə, yenilik nəticəsində hər 1000 manat alışverişə görə, ƏDV-nin geri alınan məbləği təqribən 4 manat artacaq.
Əgər müştəri ödənişi nağd qaydada edərsə, o zaman "ƏDV geri al" layihəsi çərçivəsində hal-hazırda 15.25 AZN ƏDV geri alırsa, qanun qüvvəyə minərsə 2023-cü ildən 7.63 AZN ƏDV geri ala biləcək.
Başqa sözlə, hal-hazırda 1000 AZN-lik alış vaxtı ödənişin nağd və nağdsız qaydada ödənilməsi zamanı aradakı fərq 7.63 AZN (22.88 AZN-15.25 AZN) edir ki, bu fərq istehlakçı üçün elə də cəlbedici görünməyə bilər. Lakin qanun layihəsi qüvvəyə minərsə 2023-cü ildən bu fərq 19.07 AZN (26.70 AZN-7.63 AZN) təşkil edəcək ki, belə olan təqdirdə alıcılar üçün ödənişlərini nağdsız qaydada etmək daha cəlbedici olacaq.