2023-cü ildə Azərbaycan ərazisinə malların idxalına görə əlavə dəyər vergisi planı artırılıb.
FED.az xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutulur.
Layihəyə əsasən 2023-cü ildə ölkə ərazisinə malların idxalına görə əlavə dəyər vergisi kimi 3 milyard 196 milyon maatın yığılması nəzərdə tutulur.
Xatırladaq ki, 2022-ci ildə bu vergi üzrə plan 3 milyard 85 milyon manat idi.
Başqa sözlə, ərazisinə malların idxalına görə əlavə dəyər vergisi planı 111 milyon manat və ya 3,6% artırılıb.