Oktyabrın 29-da Dövlət Gömrük Komitəsində daxili müsabiqənin səriştəlilik testi mərhələsi keçirilib.
Komitədən FED.az-a verilən məlumata görə, daxili müsabiqənin məqsədi gömrük orqanında karyera inkişafı və vəzifə dəyişikliyində şəffaflığın təmin olunması, vəzifə yüksəlişində müvafiq standartların və dəyərlər sisteminin formalaşdırılması, gömrük sistemində çalışan potensiallı və müvafiq səriştələrə malik olan kadrların müəyyən edilməsi və vakant vəzifələr üzrə kadr ehtiyacının ödənilməsinin təmin edilməsidir.
Daxili müsabiqənin səriştəlilik testi mərhələsində şəffaflıq təmin edilib, o cümlədən imtahanın video çəklişi aparılıb. Keçirilən test imtahanlarında ümumilikdə 341 gömrük əməkdaş iştirak edib.