Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində tətbiq edilən vergi güzəştləri bu ərazilərdə sahibkarlıq fəaliyyətinin aktivləşməsinə, iqtisadi inkişafa təkan verəcək.
Sahibkarların vergi yükü - AZALDILACAQ
FED.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən ATAİC-in “Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi” mövzusu üzrə 18-ci İllik Texniki Konfransında iştirak edən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.
O qeyd edib ki, vergi güzəşti işğaldan azad edilmiş bütün ərazilərə aiddir:
“Bizim həmin regionlara aid vergi şöbələri hər zaman mövcud olub. Biz sadəcə onların struktur formatını yenidən nəzərdən keçirəcəyik. Regionlaşma siyasətini davam etdirərək daha geniş səlahiyyətlərə malik vergi idarələrinin fəaliyyətini bərpa etdirəcəyik” - deyə O. Nəzərli vurğulayıb. (Apa)