İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın sahələri üzrə sahibkarların qarşılaşdıqları çətinliklərin çevik şəkildə öyrənilməsi, belə halların qanunvericilikdə dəyişikliklər edilməsi və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi istiqamətində fəaliyyət davam etdirilir.
Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin təşkilatçılığı ilə onlayn formatda keçirilən növbəti belə görüş bank sektorunun nümayəndələrinin iştirakı ilə baş tutub.
Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin qatıldığı tədbirin əsas məqsədi Vergi Məcəlləsində bank sektorunun inkişafının dəstəkləməsi məqsədilə verilmiş təşviqlərin təsir effektinin qiymətləndirilməsi, həmçinin müvafiq təşviqlərin təkmilləşdirilməsi zərurətinin müəyyən edilməsi olub.
Görüşdə vergi qanunvericiliyi ilə bağlı qaldırılan məsələlərin diqqətdə saxlanılacağı qeyd olunub və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.