Azərbaycanda fəaliyyətdə olan inşaat şirkətinin rəhbərinin ölkədən xaricə çıxışna “stop” qoyula bilər.
Vergi Xidməti şirkət rəhbəri olan İran vətəndaşının ölkədən çıxışına - “Stop” Qoyulmasını İstəyir
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu “Aymet İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mete Aytaçoğlu-dur.
Belə ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilib.
Müraciət, vergi ödəyicisi hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatla bağlıdır.
Mete Aytaçoğlu Türkiyə Respublikasının vətəndaşıdır. Şirkəti Azərbaycanda 2016-cı ildə təsis edib və 10 manat nizamnamə kapitalı var.
Şirkətin dövlətə 2983.07 manat həcmində (05.07.23-ci il tarixinə) vergi borcu mövcuddur.