“Hökumət tərəfindən pandemiyanın iqtisadiyyata təsirlərinin yumşaldılması istiqamətində mühüm işlər görülüb”.
Eləcə də bax: “Ölkədə kölgə iqtisadiyyatının həcmi azalıb”
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, görülən tədbirlər nəticəsində Azərbaycan hökuməti iqtisadi tənəzzülü nisbətən yumşaltmağa nail ola bilib: “Qısa müddət ərzində bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib. Cari ilin yanvar-noyabr aylarında vergilər üzrə 6,8 mlrd. manat vəsaitin dövlət büdcəsinə daxil olunması təmin edilib”. (Apa)