Bu gün Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilən Vergi Məcəlləsinə dəyişikliklər mediaya vergi güzəştlərini nəzərdə tutur.
Media subyektləri gəlir, mənfəət və sadələşdirilmiş - Vergidən Azad Edilir
FED.az xatırladır ki, bu dəyişikliklərə görə, media subyektləri 3 il müddətində gəlir və mənfəət vergisindən azad ediləcəklər.
Amma müzakirələrdə bəzi deputatlar güzəştlərin 3 il deyil, 5 il omasını təklif ediblər.
Belə ki, millit vəkilləri Elnur Allahverdiyev, Mahir Abbaszadə və Vüqar Bayramov təklif edib ki, güzəştlərin müddəti 3 il deyil, 5 il olsun. «Burada dəyişikliklərlə bağlı verilən arayışda da göstərilir ki, 3 il ərzində bu dəyişikliklər büdcəyə təqribən 10 milyon manata başa gələcək. Bu deməkdir ki, illik təsir təqribən 3 milyon manatdır və bu da 5 il ərində 15 milyon manata yaxın məbləğdr və bunu etmək olar»- deyə deputatlar bildiriblər.