Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib.
Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
FED.az Vergi Xidmətinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinə biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində edilmiş mühüm dəyişikliklərdən biri qeyri-rezidentin sifarişi əsasında gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən gəmilərin, digər dəniz və su nəqliyyatı vasitələrinin, hidrotexniki qurğuların təmiri üzrə xidmətlərin göstərilməsinin ƏDV-yə “0” dərəcə ilə cəlb olunmasını nəzərdə tutur.
Gəmiqayırma və gəmi təmiri sənayesi Azərbaycan üçün strateji əhəmiyyət daşımaqla ölkənin bu sahədə idxaldan asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı və ixrac potensialının gücləndirilməsi, eləcə də donanmamızın müasirləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu güzəştin tətbiqi ilə gəmi təmiri layihələri üzrə rəqabətədavamlı qiymətlərin formalaşacağı, sifarişçilərlə sıx əməkdaşlıq qurulacağı, yeni iş yerlərinin açılacağı, ölkənin regionda rəqabətli gəmi təmiri mərkəzinə çevriləcəyi gözlənilir.