“Bakı Kondisioneri” Açıq Səhmdar Cəmiyyətinin 1,1 milyon manat vergi borcu var.
FED.az xəbər verir ki, ASC-nin hazırda yığılmış vergi borcunun miqdarı 23 sentyabr 2024-cü il tarixinə 1 milyon 113 min 700 manat təşkil edir.
Bununla yanaşı, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub (2017,2018,2022,2023-cü illərdə 40 manat sanksiya).
Xatırladaq ki, “Bakı kondisioneri” 27 noyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 3 179 050 manat nizamanmə kapitalına malikdir. Qanuni təmsilçisi Əliyev Fuad Sahil oğludur.